AzHvəM EİB-i

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin öyrənilməsi və elmi nailiyyətlərin istehsalata tətbiqi ilə məşğul olur.

(+99412) 563-31-58

Birliyin tərkibi

Muğan Meliorasiya Təcrübə Stansiyası (MMTS), Şirvan Meliorasiya-Təcrübə Stansiyası (SMTS), Abşeron Suvarmanın Mexanikləşdirilməsi Təcrübə-Tədqiqat Stansiyası (ASMTTS), Qarabağ, Lənkəran, Qax dayaq məntəqələri və 17 elmi-tədqiqat laboratoriyası daxildir.

İş vaxtları

Bazar ertəsi

09:00 - 18:00

Çərşənbə axşamı

09:00 - 18:00

Çərşənbə

09:00 - 18:00

Cümə axşamı

09:00 - 18:00

Cümə

09:00 - 18:00

Elmi-tədqiqatların əsas istiqamətləri

Qeyd olunan elmi istiqamətlərə müvafiq olaraq birliyin apardığı elmi-tədqiqat işləri əsasən aşağıdakı problemləri əhatə edir:

Meliorasiya sahəsi

Drenaj tikinti

Hidrotexniki qurğular

Suvarma sahəsi

Su təsərrüfatı

Ekologiya üzrə

Şorlaşmış torpaqların

meliorasiyası və onların kənd təsərrüfatı istiqamətində mənimsənilməsi

Suvarma suyundan

səmərəli istifadə olunması metodlarının işlənilməsi

Suvarma kanalları

və hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi üzrə səmərəli metodlarının işlənilməsi

Hidromeliorativ

işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması

Birlikdə Elmi Şura və doktorantura mövcuddur

Birliyin əməkdaşlarının sayı 258 nəfər; o cümlədən 10 elmlər doktoru, 53 elmlər namizədi, 197 mühəndis, texnik, laborant və xidməti işçilər təşkil edir. Fəaliyyəti dövründə 30 elmlər doktoru və 80 elmlər namizədi hazırlanmışdır. Xüsusi proqramlar üzrə MDB ölkələrindən Özbəkistanın, Ukraynanın, Rusiyanın, Belarusiya və s. arid zonasına aid eyni problemlərin həlli üzərində işləyən institutları ilə sıx əlaqədə işləyir. Birlikdə 50 cildlik elmi əsərləri, 40 monoqrafiya, 2000 məqalə, istehsalata tətbiq olunan çoxsaylı tövsiyyələri çap olunmuşdur.

258

Əməkdaşlarının sayı

10

Elmlər doktoru

53

Elmlər namizədi

197

Mühəndis, texnik, laborant