Azərbaycanda İkinci Dünya müharibəsindən sonra su təsərrüfatı üzrə həyata keçirilən tikinti işləri daha geniş və əhəmiyyətli elmi tədqiqatların aparılmasını tələb edirdi. Əvvəllər respublikada su təsərrüfatı və meliorasiya üzrə aparılan tədqiqatlarda keçmiş ittifaqın elmi müəssisələri iştirak edirdi. Burada V.A. Kovdanın rəhbərliyi altında Dokuçayev adına Torpaqşünaslıq institutu tədqiqat işləri aparmışdır. Kostyakov adına VNİİQiM respublikaya bir qrup tədqiqatçı göndərmişdir, onlara F.S. Salahov, H.M. Hüseynov və b. rəhbərlik edirdi.
AzETHvəMİ-un inkişafı ilə yanaşı respublikanın müxtəlif zonalarında onun təcrübə şəbəkəsi də artır və inkişaf edirdi. İnstitut təşkil olunan kimi onun sərəncamına Muğan Meliorasiya-Təcrübə Stansiyası verilmişdir. 1948-ci ildə Ümumittifaq Hidrotexnika və Meliorasiya Elmi-Tədqiqat İnstitutu Azərbaycanın ərazisində Şamxor yağışyağırma stansiyasını təşkil etmiş, 1957-ci ildə bu stansiya AzETHvəMİ-un sərəncamına verilmiş və Şamxor təcrübə-tədqiqat suvarma mexanizasiya stansiyası adlandırılmışdır. 1959-cu ildə Samur-Abşeron kanalının ikinci növbə tikintisi ilə əlaqədar AzETHvəMİ-un Abşeron təcrübə-tədqiqat suvarmanın mexanikləşdirilməsi stansiyası yaranmışdır.
Kənd təsərrüfatı bitkilərinin suvarılması və torpaqların meliorasiyası üzrə tədqiqat işləri nəinki təcrübə stansiyalarında və drenaj sahələrində, həm də bilavasitə kecmiş kolxozların və sovxozların sahələrində həyata keçirilirdi. Bundan başqa tədqiqatlar suvarma sistemlərində, tikinti obyektlərində və s. aparılırdı.
İnstitutun təcrübə şəbəkəsi və ekspedisiya tədqiqatları respublikanın əsas təbii-təsərrüfat zonalarını əhatə edirdi. Tədqiqatlar Şirvan drenaj sahəsində və həm də hər üç təcrübə stansiyasında olan köməkçi-eksperimental təsərrüfatlarda istehsalat sınaqlardan keçirdi.
Institutun daxilində eksperimentlər hidrotexniki qurğular, geotexnika, tikinti materialları və polimerlər, radioizotop, torpaq-meliorasiya laboratoryalarında aparılırdı. Təcrübə-konstruksiya işləri hidromeliorasiya işlərinin mexanizasiyası sektorunun yanında konstruktor bürosunda aparılırdı.
İnstitut tərəfindən yaradılmış yeni texnika və texnologiyalar nəinki keçmiş Sovet İttifaqında, həmçinin xariji ölkələrdə, o jümlədən Suriyada, Kubada, Yaponiyada, Çində, Hindistanda, Laosda, Vyetnamda, Misirdə və s. ölkələrdə tətbiq edilmişdir.
Aparılmış tədqiqat işləri əsasında kənd təsərrüfatı bitkilərinin optimal suvarma reciminin müəyyən edilməsi, mütərəqqi suvarma üsulları və suvarma texnikasının hazırlanması, şoran və şorakət torpaqların drenac fonunda yuyulub yararlı hala salınması, onların kənd təsərrüfatında mənimsənilməsi, hidrotexniki qurğuların layihə parametrlərinin işlənib hazırlanması, hidromeliorasiya işlərinin mexanikləşdirilməsi, hidromeliorativ sistemlərin istismarı və iqtisadiyyatı sahəsində əldə olunmuş elmi nətijələrin istehsalata tətbiqi respublikada meliorasiya və su təsərrüfatının inkişafinda xüsusi əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində elmi tədqiqatların davamiyyəti, onların əsaslı şəkildə istehsalat şəraitində aparılması çox vəsait qoyulmasını və eksperimental sahələrin təşkilini tələb edir. Nəzərə alsaq ki, bu sahədə bir sıra vajib olan işlər institutun fəaliyyətdə olduğu əvvəlki illərdə yerinə yetirilmişdir. Onda müasir dövrün tələblərinə uyğun olaraq istehsalat təjrübələrini mövjud problemlərin həlli istiqamətində modelləşdirmə və başqa tədqiqat metodikalarından istifadə etməklə onların təhlilini aparmaq lazımdır. Bu prinsipə əsaslanan AzHvəM EİB-də keçən əsrin 90-cı illərindən başlayaraq respublikada su və torpaq ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi problemi, həmçinin meliorasiya və su təsərrüfatı sahəsinin indiki vəziyyətə uyğun elmi təminatı müasir sahə elmində ənənəvi yerlərdən birini tutmuşdur.
Bu sahədə XX əsrdə əldə edilmiş nailiyyətlərlə yanaşı, meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi və istismarına aid həlli vajib olan bir çox məsələlər vardır. Bu baxımdan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikilməsi və istismarı işində müasir dövrün tələblərinin ödənilməsi məqsədilə, elmi yanaşmanın təkmilləşdirilməsi, meliorativ dövrün bütün elementlərinin hesabat metodlarının dəqiqliyinin yüksəldilməsi istiqamətində yaxın 10-15 illər ərzində aşağıdakı aktual problemlərin həlli AzHvəM EİB-i qarşısında duran əsas məsələlərdəndir:
– suvarılan ərazilərdə və suvarılması planlaşdırılan rayonlarda qrunt sularının recimi və balansının tədqiqi, suvarmadan əvvəl və sonra qrunt sularının kimyəvi tərkibinin formalaşma proseslərinin dəqiqləşdirilməsi, suvarılan massiv və onlara qonşu ərazilərdə suvarma suları və drenac sistemlərinin təsiri nətijəsində torpaqda duz hərəkətinin proqnoz metodikasının işlənilməsi;
– hər bir suvarma və kollektor-drenac sisteminin təsir etdiyi ərazi üzrə hidrogeoloci-meliorativ informasiya xidmətinin təşkili;
– suvarma suyundan istifadə, təsərrüfatdaxili suvarma və kollektor-drenac sistemlərinin istismarına dair təlimatların tərtib edilməsi ilə yanaşı suvarma sistemləri idarələri ilə Sudan İstifadə edənlər Birlikləri (SİB) arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi;
– suvarılan ərazilərdə drenac, yuma və şorlaşmış torpaqların kənd təsərrüfatı mənimsənilməsi sistemlərinin işlənilməsi;
– irriqasiya-meliorasiya tədbirlərinin hidrogeoloci əsaslandırılması metodlarının işlənilməsi;
– Azərbayjan ərazisinin zəif və çökmə qruntların yayılması və fiziki xüsusiyyətlərinə görə qiymətləndirilməsi və qruntların çökməsinə qarşı mübarizə metodlarının təkmilləşdirilməsi və bu qruntlar üzərində hidrotexniki qurğuların tikilməsi texnologiyasının işlənib hazırlanması;
– kənd təsərrüfatı bitkilərinin suvarma normalarının dəqiqləşdirilməsi, suvarma texnika və texnologiyalarının təkmilləşdirilməsi və suvarma prosesində mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqinin əsaslandırılması;
– daşqın və selə qarşı mövjud müdafiə qurğularının təkmilləşdirilməsi ilə müasir dövrün tələblərinə uyğun kompleks xarakterli müdafiə qurğularının işlənilməsi və müdafiə qurğularının etibarlı istismarının təşkili;
– çay hövzələrində antropogen fəaliyyətlə əlaqədar yaranmış problemlərin tədqiqi və çay hövzələrində elmi əsaslandırılmış, etibarlı və ekoloci mühafizə tədbirlərin işlənilməsi;
– respublikada su təsərrüfatının, hidromeliorativ tikintilərin səmərəliliyinin iqtisadi məsələlərinin tədqiqi;
– respublikanın mövjud su ehtiyatlarının qiymətləndirilməsi və onların səmərəli istifadəsinin təşkili istiqamətində tədbirlərin işlənilməsi.
Qeyd olunan problemlərin həlli ilə yanaşı olaraq Birliyin əsas məqsədi müstəqil Azərbayjan Respublikasında su və torpaq ehtiyatlarının səmərəli istifadəsinə, şorlaşmış, şorakətləşmiş və bataqlaşmış torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, meliorasiya olunmuş torpaqların mənimsənilməsinə, suvarma texnologiyasına, hidrotexniki-meliorativ qurğuların etibarlı layihə variantlarının yaradılmasına, geoloci mühitdə düzgün yerləşdirilməsinə, onların tikinti texnologiyalarının təkmilləşdirilməsinə və istismarının mexanikləşdirilməsinə, suların zərərli təsirinə və bu təsirə qarşı etibarlı mübarizə tədbirlərinin hazırlanmasına aid, həmçinin hidrotexnika və meliorasiya elminin inkişafına zəmin yaradan əsaslı elmi-tədqiqat işlərini yerinə yetirməkdən ibarətdir.