Kənd təsərrüfatı elmləri namizədi, dosent
“Suvarma” laboratoriyası 1944-ci ildə əsası qoyulmuş “Hidrotexnika” şöbəsinin tərkibində 1946-cı ildə yaradılmış “Mexaniki suvarma” qrupunun və “İrriqasiya işlərinin mexanikləşdirilməsi və mexaniki suvarma” laboratoriyasının bazasında formalaşmışdır. “Suvarma” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın ayrı-ayrı bölgələrinin torpaq, iqlim, relyef, hidrogeoloji, meliorativ-təsərrüfat şəraitlərini nəzərə alaraq, kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su və torpaq resurslarından səmərəli istifadə edilməsini təmin edən, əmək məhsuldarlığını və bitkilərin məhsuldarlığını yüksəldən suvarma üsullarının, suvarma texnikası və texnologiyalarının nəzəri-praktiki əsaslarının işlənib hazırlanması və s. kimi problemlərin həllini təmin etməkdən ibarətdir.
Hal-hazırda laboratoriyaya k.t.e.n. E.İ.Rufullayev rəhbərlik edir.
Soldan sağa: X.P. İsmayılova, N.S. İsmayılov, N.B. Bəşirov,
F.Ə. Əhmədov, X.N. Mollayeva