Suqəbuledici və nizamlayıcı qurğular laboratoriyası

Laboratoriya müdiri

Texniki elmləri namizədi, dosent

ƏHMƏDOV BAYRAMƏLİ

 

 

Əsası 1958-ci ildə qoyul­muş «Sel axımlarının və məcra proseslərinin tədqiqi» laboratoriyasının bazası əsa­sında «Suqəbuledici və nizamlayıcı qurğular» laboratoriyası 1991-ci ildə yaradılmışdır.

«Suqəbuledici və nizamlayıcı qurğular» laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın sel və daşqın təhlükəli çay axımlarının dağıdıcı təsirinə məruz qalan çay sahil ərazilərinin, yaşayış və sənaye məntəqələrinin, su təsərrüfatı obyektlərinin qorunması və çay axımlarından suvarmada, su təchizatı və hidroenergetikada səmərəli istifadə edilməsi məqsədi ilə çaylarda sel və daşqın axımlarının yaranma mexanizminin öyrənilməsi, proqnozlaşdırılması və idarə olunmasının həlli yollarının müəyyən edilməsi, selli çay axımlarının hidravliki və hidroloji parametrlərinin çay gətirmələrinin mexaniki tərkibinin təyin edilməsi, çaylarda qurulmuş sahilmühafizə və suqəbuledici qurğuların təkmilləşdirilməsi, onların yeni konstruksiyalarının hazırlanması, selə qarşı qurğuların istismar vəziyyətinin yaxşılaşdırılması və çay hövzəsində kompleks təyinatlı hidrotexniki tədbirlərin işlənilməsi üzrə tədqiqat işlərinin yerinə yetirilməsindən ibarətdir.

Hal-hazırda laboratoriyaya t.e.n. B.M.Əhmədov rəhbərlik edir.

 

Soldan sağa:  A.M.Müslümov, B.M.Əhmədov (bölmə müdiri), M.İ.Mahmudova