Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi haqqında
ÜMUMİ MƏLUMAT
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi keçmiş SSRİ Xalq Komissarları Sovetinin 29 may 1944-cü il, Azərbaycan Xalq Komissarları Sovetinin 7 avqust 1944-cü il qərarları ilə Zaqafqaziya Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun Bakı filialı kimi yaradılmış, 14 iyul 1947-ci ildə SSRİ Nazirlər Sovetinin 2516 №li qərarı ilə həmin filial müstəqil Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutuna çevrilmişdir.
1997-ci ildən “Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu” Elm-İstehsalat Birliyi, 2006-cı ildən isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 149 №li qərarına əsasən, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi kimi adlandırılmışdır.
Birlik 1993-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 241 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturunda fəaliyyət göstərir.
“AzHvəM” EİB-nin tabeliyində fəaliyyət göstərən Muğan Meliorasiya-Təcrübə Stansiyası isə 1914-cü ildə Azərbaycan ərazisində meliorasiya üzrə birinci tədqiqat müəssisəsi olaraq əvvəl Cəfərxan seleksiya plantasiyası şəklində yaradılmış, sonradan adı dəyişdirilərək Muğan Təcrübə şoran stansiyası kimi adlandırılmışdır. Onun təşkil olunma zərurəti Muğan düzünə daxil olan torpaqların şorlaşması ilə əlaqədar olmuşdur. Bu o vaxtlar mövcud olan suvarma üsulları hesabına torpaqların tez şorlaşması və ərazidə şoranların varlığı ilə əlaqəli olmuş, nəticədə əkin sahələrində təsərrüfatların normal inkişafına təhlükə yaranmışdır.
“AzHvəM” EİB-nin strukturu dövrün tələblərinə uyğun olaraq, daim yenilənmiş, hal-hazırda onun tərkibində elmi-tədqiqatlarla məşğul olan 3 təcrübə-tədqiqat stansiyası:- Muğan Meliorasiya-Təcrübə Stansiyası, Abşeron Suvarmanın Mexanikləşdirilməsi Təcrübə-Tədqiqat Stansiyası, Şirvan Meliorasiya-Təcrübə Stansiyası, 2 dayaq məntəqəsi-Lənkəran və Qax dayaq məntəqələri və 14 elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Muğan Meliorasiya-Təcrübə Stansiyası (MMTS) elm və təsərrüfat bölmələrindən təşkil olunmaqla, onun funksiyası torpaqların şorlaşması və şorakətləşməsinə qarşı mübarizə tədbirlərinin, meliorasiya olunmuş suvarılan torpaqlarda su-duz rejiminin tənzimlənməsinin səmərəli üsullarının, həmin torpaqlardan dayanıqlı kənd təsərrüfatı məhsullarının alınması üçün aqromeliorativ tədbirlərin, torpaqların meliorativ vəziyyətinin pisləşməyə doğru dönməzliyinin təmini metodlarının və tədbirlərin işlənilib hazırlanmasından, stansiyanın ərazisində meliorativ monitorinqin aparılmasından ibarətdir.
Abşeron Suvarmanın Mexanikləşdirilməsi Təcrübə-Tədqiqat Stansiyası (ASMTTS) 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun elmi bazası kimi fəaliyyətə başlamış, keçmiş SSRİ Nazirlər Sovetinin 23.07.1970-ci il tarixli, 602 nömrəli qərarı əsasında Abşeron Yardımçı Təcrübə təsərrüfatı ilə birləşdirilərək, stansiya kimi formalaşdırılmışdır.
Stansiya elm və təsərrüfat bölmələrindən təşkil olunmaqla, onun funksiyası Abşeron bölgəsində, lazım gələrsə, respublikanın digər zonalarında kənd təsərrüfatı bitkilərinin suvarma rejimlərinin və mütərəqqi suvarma texnologiyasının işlənilməsindən və onların istehsalata tətbiqi imkanlarının müəyyən edilməsindən və stansiya ərazisində meliorativ monitorinqin aparılmasından ibarətdir.
Şirvan Meliorasiya-Təcrübə Stansiyası (ŞMTS) 1957-ci ildə fəaliyyətə başlamış Şirvan drenaj sahəsinin bazasında Azərbaycan SSR Nazirlər Sovetinin 451 nömrəli, 11.06.1964-cü il tarixli qərarı ilə “Şirvan yardımçı-təcrübə təsərrüfatı” şəklində yaradılmışdır.
Stansiya elm və təsərrüfat bölmələrindən təşkil olunmaqla, onun funksiyası şorlaşmış və şorakətləşmiş torpaqların safa çıxarılması üzrə elmi-tədqiqat işlərinin istehsalat şəraitində sınaqdan çıxarılması və bütün Şirvan düzü təsərrüfatları üzrə belə torpaqların saflaşdırılması, həmçinin meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında istifadəsi üçün təklif və tövsiyələrin hazırlanmasında və tətbiqində bilavasitə və yaxından iştirak etməkdən, stansiya ərazisində meliorativ monitorinqin aparılmasından ibarətdir.
“Meliorasiya” laboratoriyası. Əsası 1914-cü ildə qoyulmuş Muğan Meliorasiya Təcrübə Stansiyasının timsalında «Mеliоrasiya» labоratоriyası «AzHvəM» ЕİB yarandığı vaxtdan fəaliyyət göstərmiş «Mеliоrasiya» sеktоrunun bazasında yaradılmışdır. Labоratоriyanın əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yayılan şоrlaşmış tоrpaqların mеliоrasiyası üsullarının və yuma tеxnоlоgiyalarının işlənilməsi, tоrpaqların şоrlaşmasının nəzəri-praktiki əsaslarının tədqiqi, şоrlaşmış tоrpaqların diaqnоstikası və qiymətləndirilməsi, tоrpaqların mеliоrativ vəziyyətinin müəyyənləşdirilməsi və s. kimi prоblеmlərin həllini təmin еtməkdən ibarətdir.
“Hidrotexnika” laboratoriyası. “Hidrotexnika” laboratoriyası 1944-cü ildə institut yaradıldığı gündən fəaliyyət göstərmiş “Hidrotexnika” sektorunun bazasında təşkil edilmişdir. “Hidrotexnika” laboratoriyasının yaradılmasında əsas məqsəd respublika ərazisində layihələndirilən hidrotexniki qurğuların mühəndisi-geoloji şəraiti nəzərə alınmaqla, etibarlı layihə parametrlərinin təyini istiqamətində nəzəri-praktiki tədqiqatlar, o cümlədən fiziki modellər əsasında təyinindən, hidrotexniki qurğuların yüksək etibarlılığa malik komponovka həllərinin və konstruksiyalarının yaradılmasından, su axınlarının etibarlı idarəolunması, çay gətirmələrinin nizamlanması, su ehtiyatlarından səmərəli istifadəni və çay ekologiyasının yaxşılaşdırılmasını təmin edən müvafiq mühəndisi tədbirlərin işlənib hazırlanmasından ibarətdir.
“Suvarma” laboratoriyası. “Suvarma” laboratoriyası 1944-ci ildə əsası qoyulmuş “Hidrotexnika” şöbəsinin tərkibində 1946-cı ildə yaradılmış “Mexaniki suvarma” qrupunun və “İrriqasiya işlərinin mexanikləşdirilməsi və mexaniki suvarma” laboratoriyasının bazasında formalaşmışdır. “Suvarma” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın ayrı-ayrı bölgələrinin torpaq, iqlim, relyef, hidrogeoloji, meliorativ-təsərrüfat şəraitlərini nəzərə alaraq, kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su və torpaq resurslarından səmərəli istifadə edilməsini təmin edən, əmək məhsuldarlığını və bitkilərin məhsuldarlığını yüksəldən suvarma üsullarının, suvarma texnikası və texnologiyalarının nəzəri-praktiki əsaslarının işlənib hazırlanması və s. kimi problemlərin həllini təmin etməkdən ibarətdir.
«Meliorasiya işlərinin mexanikləşdirilməsi və təşkili” bölməsi. «Hidrоmеliоrasiya işlərinin mеxanikləşdirilməsi və təşkili» bölməsi 1944-cü ildə əsası qоyulmuş «Hidrоtеxnika» şöbəsinin tərkibində yaradılmış «İrriqasiya islərinin mexanikləsdirilməsi» qrupunun və «İrriqasiya işlərinin mеxanikləşdirilməsi və mеxaniki suvarma» labоratоriyasının bazasında fоrmalaşmışdır.
«Mеliоrasiya işlərinin mеxanikləşdirilməsi və təşkili» bölməsinin əsas məqsədi hidrоmеliоrasiya işlərinin mеxanikləşdirilməsi və avtоmatlaşdırılması, hidrоmеliоrativ sistеmlərin tikinti tеxnоlоgiyalarının təkmilləşdirilməsi, mеliоrasiya və su təsərrüfatı sahəsində istifadə еdilən maşın və tеxnikaların istismarı qaydalarına dair nоrmativlərin işlənilməsi, mеliоrasiya və su təsərrüfatı sistеmlərində əl əməyini yüngülləşdirən müxtəlif təyinatlı yеni maşın, mеxanizm və aqrеqatların kоnstruksiyalarının yaradılmasından ibarətdir.
“Meliorativ torpaqşünaslıq və meliorasiya olunmuş torpaqların mənimsənilməsi” laboratoriyası. Bu laboratoriya əvvəllər ayrılıqda fəaliyyət göstərmiş “Meliorativ torpaqşünaslıq” və “Meliorasiya olunmuş torpaqların mənimsənilməsi” laboratoriyalarının birləşdirilməsi ilə yaradılmışdır.
“Meliorativ torpaqşünaslıq” laboratoriyası əsası 1947-ci ildə qoyulmuş “Torpaq-meliorasiyası” laboratoriyasının bazasında yaradılmışdır. “Meliorativ torpaqşünaslıq” laboratoriyasının yaradılmasında əsas məqsəd Azərbaycan ərazisində təşəkkül tapmış torpaqların meliorasiya baxımından səmərəli istifadəsinin təşkili istiqamətində torpaqların yayılma hüdudlarını, tərkibini, xüsusiyyətlərini müəyyənləşdirmək əsasında torpaq-meliorativ axtarışlarının aparılmasından, torpaq-meliorativ rayonlaşdırmanın işlənilməsindən, torpaq-meliorativ xəritələrin tərtibindən, meliorativ tədbirlərin tətbiqinin əsaslandırılmasından ibarətdir.
“Meliorasiya olunmuş torpaqların mənimsənilməsi” laboratoriyası 1970-ci ildə yaradılmışdır.
“Meliorasiya olunmuş torpaqların mənimsənilməsi” laboratoriyasının yaradılmasında əsas məqsəd respublika ərazisində yayılmış şorlaşmış və şorakətləşmiş torpaqların müxtəlif konstruksiyalı kollektor-drenaj şəbəkəsi fonunda yuyulduqdan sonra mənimsənilməsi üçün kənd təsərrüfatı bitkilərindən yüksək və dayanıqlı məhsulun alınmasına imkan verən, torpaqda su-duz proseslərinin nizamlanmasını təmin edən kompleks aqromeliorativ, aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə xüsusi mənimsənilmə texnologiyalarının işlənib hazırlanmasından ibarətdir.
“Qruntşünaslıq və tikinti materialları” laboratoriyası. “Qruntşünasliq və tikinti materiallari” laboratoriyası 1949-cu ildə “Geotexnika” şöbəsi adlandırılaraq yaradılmış, sonralar 1966-1977-ci illərdə “Geotexnika və süzülmə”, 1977-1981-ci illərdə “Qruntlar mexanikası”, 1987-1989-cu illərdə “Hidrotexniki tikintilərin əsasları”, 1990-1992-ci illərdə yenidən “Qruntlar mexanikası” laboratoriyası adlandırılmışdır. 1992-ci ildən isə “Qruntlar mexanikası” və “Tikinti materialları” laboratoriyalarının birləşdirilməsindən yaradılmışdır.
Laboratoriyanın yaradılmasında əsas məqsəd respublikada meliorasiya və su təsərrüfatı sahəsində layihələndirilən, inşa edilən və istismar olunan hidrotexniki və hidromeliorativ qurğuların dəyanətliliyini təmin etmək üçün müxtəlif fiziki-mexaniki xassələrə malik olan qruntların respublika ərazisində yayılma hüdudlarının müəyyənləşdirilməsi, qrunt şəraitindən və tikintinin xüsusiyyətlərindən asılı olaraq müvafiq mühəndisi tədbirlərin işlənib hazırlanması, əsasların düzgün hesabatının aparılması metodikalarının dəqiqləşdirilməsi və təkmilləşdirilməsindən, meliorasiya və su təsərrüfatı sistem və qurğularının tikintisində yerli inşaat materiallarının tətbiqinin əsaslandırılmasından və sistemin uzunömürlülüyünü təmin edən yeni növ tikinti materiallarının yaradılmasından ibarətdir.
“Drenaj” laboratoriyası. “Drenaj” laboratoriyası 1956-cı ildə “Drenaj qurğuları” şöbəsi kimi yaradılaraq, müxtəlif dövrlərdə-1956-1970-ci illərdə “Drenaj qurğuları” şöbəsi, 1970-1975-ci illərdə “Drenaj” üzrə qrup, 1975-1980-ci illərdə “Drenaj” üzrə bölmə, 1980-1984-cü illərdə “Drenaj qurğuları” laboratoriyası, 1986-1993-cü illərdə “Drenaj konstruksiyaları” laboratoriyası və 1993-cü ildən isə “Drenaj” laboratoriyası adlandırılmışdır.
“Drenaj” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın müxtəlif bölgələrində yayılmış şorlaşmış torpaqlarda drenajın səmərəli konstruksiyalarının işlənib hazırlanmasından, onun optimal parametrlərinin təyin edilməsindən, drenaj sistemlərinin tətbiqinin əsaslandırılmasından və onların istismar qaydalarının müəyyən edilməsindən ibarətdir.
“Suqəbuledici və nizamlayıcı qurğular” laboratoriyası. Əsası 1958-ci ildə qоyulmuş «Sеl axımlarının və məcra prоsеslərinin tədqiqi» labоratоriyasının bazası əsasında 1991-ci ildə yaradılmışdır.
«Suqəbulеdici və nizamlayıcı qurğular» laboratoriyasının yaradılmasında əsas məqsəd rеspublikanın sеl və daşqın təhlükəli çay axımlarının dağıdıcı təsirinə məruz qalan çay sahil ərazilərinin, yaşayış və sənayе məntəqələrinin, su təsərrüfatı оbyеktlərinin qоrunması və çay axımlarından suvarmada, su təchizatı və hidrоеnеrgеtikada səmərəli istifadə еdilməsi məqsədi ilə çaylarda sеl və daşqın axımlarının yaranma mеxanizminin öyrənilməsi, prоqnоzlaşdırılması və idarə оlunmasının həlli yоllarının müəyyən еdilməsi, sеlli çay axımlarının hidravliki və hidrоlоji paramеtrlərinin, çay gətirmələrinin mеxaniki tərkibinin təyin еdilməsi, çaylarda qurulmuş sahilmühafizə və suqəbulеdici qurğuların təkmilləşdirilməsi, оnların yеni kоnstruksiyalarının hazırlanması, sеlə qarşı qurğuların istismar vəziyyətinin yaxşılaşdırılması və çay hövzəsində kоmplеks təyinatlı hidrоtеxniki tədbirlərin işlənilməsi üzrə tədqiqat işlərinin yеrinə yеtirilməsindən ibarətdir.
“Hidromeliorativ sistemlərin istismarı” laboratoriyası. Laboratoriya 1970-ci ildə «Hidromeliorativ sistemlərin istismarı» sektoru kimi təşkil edilmişdir. 1979-cu ildə həmin sektorun bazasında «Hidromeliorativ qurğuların istismarı» laboratoriyası təşkil edilmiş, və 1980-ci ildə laboratoriya «Hidrotexniki və meliorativ sistemlərin istismarı», 1991-ci ildə «Hidromeliorativ sistemlərin istismarı» adlandırılmışdır.
Laboratoriyanın yaradılmasında əsas məqsəd hidrotexniki, hidromeliorativ sistemlərin istismarının təşkili, idarə olunması və istismar qaydalarının hazırlanması, nasos stansiyaları və subartezian quyularının istismarı zamanı enerjidaşıyıcılarından və ehtiyatlardan daha səmərəli və qənaətlə istifadə yollarının işlənilməsi, su obyektlərinin mühafizəsi və onun təşkili üzrə texniki-normativ sənədlərin hazırlanması, meliorasiya və su təsərrüfatı kompleksinə daxil olan qurğu və sistemlərin istismar qaydalarının, iş rejimlərinin tərtibi və istismar xərclərinin azaldılması üçün konkret tövsiyə, metodiki göstəriş və təlimatların hazırlanmasından ibarətdir.
“Hidromeliorativ sistemlərin iqtisadiyyatı” laboratoriyası. Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun nəzdində “Su təsərrüfatının iqtisadiyyatı” bölməsi 1970-ci ildə təsis edilmiş, sonrakı illərdə müxtəlif adlarla, 1988-ci ildən isə “Hidromeliorativ sistemlərinin iqtisadiyyatı” laboratoriyası adı ilə fəaliyyət göstərir.
Laboratoriyanın yaradılmasında əsas məqsəd su təsərrüfatının, suvarılan torpaqların istifadəsi və genişləndirilməsi, torpaqların meliorasiyasına, suvarma və kollektor-drenaj sistemlərinin rekonstruksiyasına, suvarmada elmi-texniki tərəqqinin tətbiqinə əsaslı kapital qoyuluşunun iqtisadi səmərəliliyinin təyin edilməsi metodikalarının təkmilləşdirilməsi, su təsərrüfatının və meliorasiyanın perspektiv inkişaf proqramlarının hazırlanması məsələlərinin tədqiqindən ibarətdir.
“Meliorativ hidrogeologiya” laboratoriyası. “Meliorativ hidrogeologiya” laboratoriyası 1971-ci ildə yaradılmışdır. “Meliorativ hidrogeologiya” laboratoriyasının yaradılmasında əsas məqsəd Azərbaycan şəraitində ərazilərdə meliorasiya işlərinin aparılması və meliorativ şəraitin hərtərəfli öyrənilməsindən ötrü hidrogeoloji şəraitin tədqiqindən, meliorasiya olunan ərazilərin kənd təsərrüfatı məqsədi ilə səmərəli istifadə baxımından hidrogeoloji şəraitinin yaxşılaşdırılması metodlarının işlənilməsindən, hidrogeoloji axtarışların aparılmasından, hidrogeoloji xəritələrin tərtibindən, geofiltrasiya sxemlərinin hazırlanmasından, yeraltı suların balansının tərtibindən, hidrogeoloji proseslərin proqnozlaşdırılmasından, torpaqda, o cümlədən aerasiya zonasında su-duz köçürməyə dair proqnozların tərtibindən ibarətdir.
“Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyası. “Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyası 1975-ci ildə “Yeraltı suların istifadəsi” laboratoriyası adlandırılmış, 1983-1988-ci illərdə “Minerallaşmış və çirkab sulardan istifadə” laboratoriyası adı altında fəaliyyət göstərmiş, 1989-cu ildə isə “Kütləvi kimyəvi analiz” laboratoriyası ilə birləşdirilərək “Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyası kimi fəaliyyət göstərir.
“Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı bitkilərinin suvarılmasında qeyri-ənənəvi sulardan, o cümlədən çirkab, kollektor-drenaj, dəniz və minerallaşmış sulardan suvarmada istifadənin elmi əsaslarının işlənilməsindən, su mənbələrində suların suvarmaya yararlılığına dair normativlərin hazırlanmasından və Birlik üzrə onun bütün tədqiqat bazalarında həyata keçirilən elmi-tədqiqat işlərinin yerinə yetirilməsində hər növ torpaq, su, duz və digər kimyəvi analizlərin aparılmasından ibarətdir.
“Su tələbatı və suvarma rejimi” laboratoriyası. “Su tələbatı və suvarma rejimi” sektoru 1979-cu ildə “Suvarma” şöbəsinin nəzdində yaradılmış “Kənd təsərrüfatı bitkilərinin su tələbatı və sudan istifadə” sektorunun bazasında təşkil edilmişdir. Laboratoriyanın yaradılmasında əsas məqsəd yeni təsərrüfatçılıq şəraitində su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində iqlim dəyişiklikləri nəzərə alınmaqla kənd təsərrüfatı bitkilərinin bioloji-optimal suvarma rejimlərinin işlənib hazırlanmasından ibarətdir.
«Еkоlоgiya və mеliоrativ mоnitоrinq» labоratоriyası. «Еkоlоgiya və mеliоrativ mоnitоrinq» labоratоriyası əsası 1989-cu ildə qоyulmuş «Ağır tоrpaqların mеliоrasiyası» labоratоriyasının bazasında 2004-cü ildə yaradılmışdır.
Labоratоriyanın yaradılmasında əsas məqsəd rеspublikanın suvarılan tоrpaqlarının еkоlоji-mеliоrativ vəziyyətini müəyyən еdən amillərin və оnların qiymətləndirilmə mеtоdikalarının dəqiqləşdirilməsi, suvarma massivləri üzrə mеliоrativ mоnitоrinqin təşkilinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, yеni təsərrüfatçılıq prinsiplərinə müvafiq оlaraq, tоrpaqların mеliоrativ vəziyyətini müəyyənləşdirən amillərin qiymətləndirilməsinə dair mеyarların işlənilməsindən ibarətdir.