Qruntşünaslıq və tikinti materialları laboratoriyası

Laboratoriya müdiri

Texniki elmləri namizədi, dosent

VERDİYEV ƏHLİMAN

 

 

“Qruntşünasliq və tikinti materiallari” laboratoriyası 1949-cu ildə “Geotexnika” şöbəsi adlandırılaraq yaradılmış, sonralar 1966-1977-ci illərdə “Geotexnika və süzülmə”, 1977-1981-ci illərdə “Qruntlar mexanikası”, 1987-1989-cu illərdə “Hidrotexniki tikintilərin əsasları”, 1990-1992-ci illərdə yenidən “Qruntlar mexanikası” laboratoriyası adlandırılmışdır. 1992-ci ildən isə “Qruntlar mexanikası” və “Tikinti materialları” laboratoriyalarının birləşdirilməsindən  yaradılmışdır.

Laboratoriya yaradılmasında əsas məqsəd respublikada meliorasiya və su təsərrüfatı sahəsində layihələndirilən, inşa edilən və istismar olunan hidrotexniki və hidromeliorativ qurğuların dəyanətliliyini təmin etmək üçün müxtəlif fiziki-me­xaniki xassələrə malik olan qruntların respublika ərazisində yayılma hüdudlarının müəyyənləşdirilməsi, qrunt şəraitindən və tikintinin xüsusiyyətlərindən asılı olaraq müvafiq mühəndisi tədbirlərin işlənib hazırlanması, əsasların düzgün hesabatının aparılması metodikalarının dəqiqləşdirilməsi və təkmilləşdirilməsindən, melio­ra­si­ya və su təsərrüfatı sistem və qurğularının tikintisində yerli inşaat materiallarının tətbiqinin əsaslandırılmasından və sistemin uzunömürlülüyünü təmin edən yeni növ tikinti materiallarının yaradılmasından ibarətdir.

Hal-hazırda laboratoriyaya t.e.n. Ə.Ə.Verdiyev rəhbərlik edir.

 

Soldan sağa:  N.M. İskəndərova, E.İ. Mehdiyev, S.N. Hüseynova, İ.M. Abdullayev,

Ə.Ə. Verdiyev (laboratoriya müdiri),  T.İ. İsmayılov, F.Q. Məmmədov, Ə.Z. Qasımova