Qeyri-ənənəvi sulardan istifadə laboratoriyası

Laboratoriya müdiri

Kənd təsərrüfatı elmləri doktoru, dosent

ZEYNALOVA OFELYA

 

 

“Qeyri-ənənəvi sulardan is­­ti­fadə” laboratoriyası 1975-ci ildə “Yeraltı suların istifadəsi” adlandırılmış, 1983-1988-ci illərdə “Minerallaşmış və çirkab sulardan istifadə” laboratoriyası adı al­tında fə­aliyyət göstərmiş, 1989-cu ildə isə “Kütləvi kimyəvi analiz” laboratoriyası ilə bir­ləşdirilərək “Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyası kimi fəaliyyət göstərir.

“Qeyri-ənənəvi sulardan istifadə” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı bitkilərinin suva­rıl­ma­sın­da qeyri-ənənəvi  sulardan, o cümlədən çirkab, kollektor-drenaj, dəniz və  minerallaşmış sulardan suvarmada istifadənin elmi əsaslarının işlənilməsindən, su mənbələrində su­la­rın suvarmaya yararlılığına dair normativlərin hazırlanmasından və Birlik üzrə onun bü­tün tədqiqat bazalarında həyata keçirilən elmi-tədqiqat işlərinin yerinə yeti­ril­mə­sində hər növ torpaq, su, duz və digər kimyəvi analizlərin aparılmasından ibarətdir.

Hal-hazırda laboratoriyaya a.e.d. O.A.Zeynalova rəhbərlik edir.

 

Soldan sağa:  A.A.Eyvazova, İ.Z.Eyyubova, R.Q.Behbudova, R.M.Məhərrəmova,  A.A.Təvəkkülova, O.A.Zeynalova (laboratoriya müdiri),  H.H.Bayramova, V.Z.Əliquliyeva, M.Y.İskəndərov, C.P.Əliyev, G.H.Ağaməmmədova, A.A.Mehdiyeva