Meliorativ torpaqşünaslıq və meliorasiya olunmuş torpaqların mənimsənilməsi laboratoriyası

Laboratoriya müdiri

Kənd təsərrüfatı elmləri namizədi, dosent

QURBANOV MİRZƏ

 

 

“Meliorativ torpaqşünaslıq və melio­ra­si­ya olunmuş torpaqların mənimsənilməsi” laborato­ri­ya­sı əvvəlki dövrlərdə ayrı-ayrı laboratoriya kimi fəaliyyət göstərsədə daha sonra birləşdirilmişdir. Laboratoriyanın tərkibindəki “Meliorativ torpaqşünaslıq” bölməsinin sası 1947-ci ildə qoyulmuş “Torpaq-meliorasiyası” laborato­ri­ya­sı­nın bazasında yaradılmışdır. “Meliorativ torpaqşünaslıq”  bölməsinin yaradıl­ma­sın­da əsas məqsəd Azərbaycan ərazisində təşəkkül tapmış torpaqların meliorasiya ba­xımından səmərəli istifadəsinin təşkili istiqamətində torpaqların yayılma hüdudlarını, tərkibini, xüsusiyyətlərini müəyyənləşdirmək əsasında torpaq-meliorativ axtarış­la­rı­nın aparılmasından, torpaq-meliorativ rayonlaş­dır­manın işlənilməsindən, torpaq-meliorativ xəritələrin tərtibindən, meliorativ tədbir­lərin tətbiqinin əsaslandırıl­masın­dan ibarətdir.

Laboratoriyanın tərkibindəki “Melio­ra­si­ya olunmuş torpaqların mənimsənilməsi” bölməsi 1970-ci ildə yaradılmışdır. “Meliorasiya olunmuş torpaqların mənimsənilməsi” bölməsinin yara­dıl­ma­sın­da əsas məqsəd respublika ərazisində yayılmış şorlaşmış və şorakətləşmiş tor­paq­ların müxtəlif konstruksiyalı kollektor-drenaj şəbəkəsi fonunda yuyulduqdan sonra mənimsənilməsi üçün kənd təsərrüfatı bitkilərindən yüksək və dayanıqlı məhsulun alınmasına imkan verən, torpaqda su-duz proseslərinin nizamlanmasını təmin edən kompleks aqromeliorativ, aqrotexniki  tədbirlərin həyata keçirilməsi ilə xüsusi mənimsənilmə texnologiyalarının işlənib hazırlanmasından ibarətdir.

Hal-hazırda laboratoriyaya k.t.e.n. M.F.Qurbanov rəhbərlik edir.

 

Soldan sağa: S.Ə. Eminov,   E.M. Musayeva,  T.S. Quliyeva, O.Q. Kərimova, İ.N. Şirinov

 

Soldan sağa: A.R. Əzizova, C.M. İsmayılov, E.İ. Rufullayev, 

M.F. Qurbanov (laboratoriya müdiri) , M.A. Kərimova