Hidromeliorativ sistemlərin istismarı laboratoriyası

Laboratoriya müdiri

Texniki elmləri namizədi, dosent

HƏSƏNOV SABİR

 

 

Laboratoriya 1970-ci ildə «Hidromeliorativ sistemlərinin istismarı» sektoru kimi təşkil edilmişdir. 1979-cu ildə həmin sektorun bazasında «Hidromeliorativ qurğuların istismarı» la­bo­ratoriyası təşkil edilmiş, və 1980-ci ildə laboratoriya «Hidrotexniki və meliorativ sistemlərin istismarı», 1991-ci ildə «Hidromeliorativ sistemlərin istismarı» adlandırılmışdır.

Laboratoriya yaradılmasında əsas məqsəd hidrotexniki, hidromeliorativ sis­tem­lə­rin istismarının təşkili, idarə olunması və istismar qaydalarının hazırlanması, nasos stansiyaları və subartezian quyularının istismarı zamanı enerjidaşı­yıcı­la­rın­dan və ehtiyatlardan daha səmərəli və qənaətlə istifadə yollarının işlənilməsi, su ob­yekt­lərinin mühafizəsi və onun təşkili üzrə texniki-normativ sənədlərin ha­zır­lanması, meliorasiya və su təsərrüfatı kompleksinə daxil olan qurğu və sistemlərin istismar qaydalarının, iş rejimlərinin tərtibi və istismar xərclərinin azaldılması üçün konkret tövsiyə, metodiki göstəriş və təlimatların hazırlanmasından ibarətdir.

Hal-hazırda laboratoriyaya t.e.n. S.T.Həsənov rəhbərlik edir.

 

Soldan sağa: C.F. Məmmədova, V.N. Abbasov, S.T. Həsənov (laboratoriya müdiri), 

Ç.C. Gülməmmədov, N.S. Rzayeva