Texniki elmləri namizədi, dosent
Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun nəzdində “Su təsərrüfatının iqtisadiyyatı” bölməsi 1970-ci ildə təsis edilmiş, sonrakı illərdə müxtəlif adlarla, 1988-ci ildən isə “Hidromeliorativ sistemlərinin iqtisadiyyatı” laboratoriyası adı ilə fəaliyyət göstərir.
Laboratoriyanın yaradılmasında əsas məqsəd su təsərrüfatının, suvarılan torpaqların istifadəsi və genişləndirilməsi, torpaqların meliorasiyasına, suvarma və kollektor-drenaj sistemlərinin rekonstruksiyasına, suvarmada elmi-texniki tərəqqinin tətbiqinə əsaslı kapital qoyuluşunun iqtisadi səmərəliliyinin təyin edilməsi metodikalarının təkmilləşdirilməsi, su təsərrüfatının və meliorasiyanın perspektiv inkişaf proqramlarının hazırlanması məsələlərinin tədqiqindən ibarətdir.
Hal-hazırda laboratoriyaya t.e.n. A.M.Musayev rəhbərlik edir.
Soldan sağa: G.S. İsmayılova, İ.Ə. Əliyeva, A.M. Musayev (laboratoriya müdiri),
M.M. Fərzəliyev, X.Ə. İsmayılova, H.H. Məstanov