Birliyin fəaliyyətinin elmi-tədqiqat sahələrinə aşıdakılar daxildir:
Meliorasiya sahəsində:
- arid zonalarda su-duz rejiminin kompleks tənzimlənməsinin elmi əsasları;
- şorlaşmış torpaqların əsaslı yuyulması;
- üfüqi və şaquli daimi drenajlar fonunda şorlaşmış torpaqların yuyulması texnologiyası;
- kəskin şorlaşmış zəif sukeçirən ağir torpaqlar şəraitində yuma prosesini sürətləndirən vasitələrin tətbiqi ilə (o, cümlədən müvəqqəti drenaj, krotlar, yarıqlar, dərin şırımlar və s.) drenaj texnoloji sxemlərindən istifadə;
- kimyəvi meliorantlardan istifadə etməklə şorlaşmış şorlaşmış torpaqların yuyulması;
- şorəkətləşmiş torpaqların meliorasiyası texnologiyasının təkmilləşdirilməsi;
- şirin, mineral, dəniz və maqnitləşmiş sulardan istifadə etməklə şorlaşmış torpaqların yuyulması və həmçinin sabit elektrik cərəyanından istifadə etməklə;
- çəltik altında torpaqların yuyulması;
- meliorasiya olunan torpaqlarda cari yumaların təşkili və aparılması; riyazi modelləşdirmədən istifadə etməklə torpaqların su-duz rejiminin proqnozlaşdırılması və s.
Drenaj tikintisi üzrə:
- kollektor-drenaj sistemlərinin hesabat təminatının nəzəri əsaslandırılması;
- suvarılan torpaqlarda drenajın hesablanması;
- drenajın yeni konstruksiyaları;
- şaquli drenajdan istifadənin perspektivliyinə görə respublika ərazisinin rayonlaşdırılması:
- suvarılan torpaqlarda meliorativ rejimlərin formalaşması;
- üfüqi drenajın istifadəsinin texniki şərtləri və layihə normaları;
- hidromeliorativ sistemlərin yenidənqurulması və suqəbuledici qurğulardan istifadənin əsaslandırılması üçün respublika ərazisinin geafiltrasiya üzrə rayonlaşdırılması.
Hidrotexniki qurğular sahəsində:
- çayların tənzimlənməsi metodları vo texniki vasitələri;
- kompleks təyinatlı suqəbuledici hidrotexniki qurğular;
- dağ və dağətəyi rayonların sahilqoruyucu qurğuları;
- dağ çayları üçün suqəbuledicilərlə yanaşı sel əleyhinə qurğular;
- sel əleyhinə qurğuların istifadəsinə dair təlimatlar;
- hidrotexniki və meliorativ qurğuların əsaslarındakı qruntların fiziki-mexaniki xüsusiyyətlərinə dair tövsiyələr;
- yarımfuksional əlavəli hidrotexniki betonlar;
- üzvi-mineral əlavəli betonlar və s.
Suvarma sahəsində:
- kənd təsərrüfatı bitkilərinin suvarılma rejiminə və suvarılma normalarına görə respublikanın təbii-təsərrüfat zonalarının rayonlaşdırılması;
- kənd təsərrüfatı bitkilərinin təlabatının normalaşdırılması;
- şırımlardan, zolaqlardan, damcılayıcılardan, müxtəlif suvarıcı qurğulardan istifadə etməklə suvarma texnikası və texnologiyası;
- kənd təsərrüfatı bitkilərinin suvarılmasında minerallaşmış drenaj və dəniz suyundan istifadə;
- dağ və dağətəyi şəraitdə səthi axınının intensivliyinə və su eroziyası prosesinin hesablanmasına dair metodiki tövsiyələr;
- səthi suvarma üsulundan istifadə zamanı irriqasiya eroziyasının proqnozlaşdırılması;
- meliorasiya elminin nailiyyətləri və s. əsasında respublika ərazisində kənd təsərrüfatı bitkilərinin proqramlaşdırılmış məhsulun alınması metodikası.
Su təsərrüfatı obyektlərinin tikintisi və mexanikləşdirilməsi sahəsində:
- müxtəlif borudan və süzgəclərdən istifadə etməklə örtülü drenajın tikintisinin və istismarının mexanikləşdirilməsi;
- hidromeliorativ sistemlərin istismarına dair normativ sənədlər toplusu (su anbarının, suqəbuledici qurğuların, suvarma və kollektor-drenaj sistemlərinin istismarına dair texniki normalar).
Ekologiya üzrə:
- respublikanın su təsərrüfatı sistemlərinin tikintisi və istismarının ekoloji etibarlılığının artırılmasına dair tövsiyələr.
Su təsərrüfatı iqtisadiyyatı sahəsində:
- meliorasiya olunan torpaqların iqtisadi effektinin təyini metodikası və onun artırılması yolları;
- ehtiyatların qiymətləndirilməsi zamanı su istifadıçiləri ilə münasibətlərin tənzimlənməsi;
- meliorasiyanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması metodları;
- meliorasiyada elmi-texniki tərəqqinin iqtisadi əsaslandırılması.