Texniki elmləri namizədi, dosent
«Ekologiya və meliorativ monitorinq» laboratoriyası əsası 1989-cu ildə qoyulmuş «Ağır torpaqların meliorasiyası» laboratoriyasının bazasında 2004-cü ildə yaradılmışdır.
Laboratoriyanın yaradılmasında əsas məqsəd respublikanın suvarılan torpaqlarının ekoloci-meliorativ vəziyyətini müəyyən edən amillərin və onların qiymətləndirilmə metodikalarının dəqiqləşdirilməsi, suvarma massivləri üzrə meliorativ monitorinqin təşkilinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, yeni təsərrüfatçılıq prinsiplərinə müvafiq olaraq, torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən amillərin qiymətləndirilməsinə dair meyarların işlənilməsindən ibarətdir.
Hal-hazırda laboratoriyaya t.e.n. Q.Ə.Xasayev rəhbərlik edir.
Soldan sağa: C.M. Talıbova, F.K.Kərəmova, Q.Ə.Xasayev (laboratoriya müdiri),
G.Ş.Quliyeva, M.Q.Cəlilov