Texniki elmləri doktoru, prof.
“Drenaj” laboratoriyası 1956-cı ildə “Drenaj qurğuları” şöbəsi kimi yaradılaraq, müxtəlif dövrlərdə-1956-1970-ci illərdə “Drenaj qurğuları” şöbəsi, 1970-1975-ci illərdə “Drenaj” üzrə qrup, 1975-1980-ci illərdə “Drenaj” üzrə bölmə, 1980-1984-cü illərdə “Drenaj qurğuları” laboratoriyası, 1986-1993-cü illərdə “Drenaj konstruksiyaları” laboratoriyası və 1993-cü ildən isə “Drenaj” laboratoriyası adlandırılmışdır.
“Drenaj” laboratoriyasının yaradılmasında əsas məqsəd respublikanın müxtəlif bölgələrində yayılmış şorlaşmış torpaqlarda drenajın səmərəli konstruksiyalarının işlənib hazırlanmasından, onun optimal parametrlərinin təyin edilməsindən, drenaj sistemlərinin tətbiqinin əsaslandırılmasından və onların istismar qaydalarının müəyyən edilməsindən ibarətdir.
Hal-hazırda laboratoriyaya t.e.d. prof. E.M.Eyvazov rəhbərlik edir.
Soldan sağa: S.N. Təhməzova, A.H. Rəhimova, E.M. Eyvazov (laboratoriya müdiri),
R.E. Zəkiyeva, Z.H. Qurbanova